Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib

img

28-04-2022 [13:01]


Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Mia.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Telman Abdıyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR