Naxçıvanda qeyri-ənənəvi turizm növlərinin inkişaf perspektivləri - FOTOLAR
22-04-2022 [12:27]
Turizm növlərinə görə təsnif olunduqda inkişaf etdirildiyi bölgənin sahib olduğu resurslara görə müəyyən edilir.
Bu baxımdan bütün dünyada tanınan və kütləvi turizm məqsədilə istifadə edilən bir sıra turizm növləri vardır ki bunlar ənənəvi turizm növləri adlanır. Rekreasuya, müalicə, tanışlıq, işgüzar eko,turizm, ziyarət, kənd turizmi və digər turizm növləri bu mənada bütün dünyada olduğu kimi ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasıda da müəyyən səviyyədə yayılmışdır. Naxçıvanın sahib olduğu təbii ehtiyatlar və yaradılmış infrastruktur şəraiti ilin müəyyən dövründə yaxud mövsümdən asılı olmayaraq bu turizm növlərinin inkişafına şərait yaradır.
Bunlarla yanaşı dünyda nisbətən az turistin maraq göstərdiyi ancaq gəlirlərinə və tanıtım gücünə görə seçilən bəzi turizm növləri vardır ki bunlar ilin müəyyən bir dövründə yaxud konkret bir ərazidə tətbiq olunmaqla həmin bölgə üçün xas olan unikal turizm potensialnı ortaya qoyur. Belə turizm növləri qeyri-ənənəvi olmaqla həm turizmin yeni növlərini yaranması və yeni imkanların öyrənilməsi baxımından əhəmiyyətlidir.

Dünyada mövcud olan 300-dən çox turizm növünə və yarimnövunə baxdıqda bunlar arasında unikallığı, qeyri-adiliyi və tanıtım gücü böyük olan xeyli sayda qeyri-ənənəvi turizm növlərini görmək olar. Kosmik turizm, alp turizm, qütb turizmi, quş izləmə turizmi, qaya paraşütü, qaya və yamac paraşütü, herbari toplama, suya dalma və ya dayvinq, dağ çayında raftinq, arxeoloji tədqiqatlar üzrə turizm, şəhər ətrafı infrastruktura baxış,batmış gəmilərin olduğu yerlərə dalma turizmi, mağara turizm, dəniz paraşütü, hava şarı turizmi, bəzi yemək növləri üzrə qastronomi turizm və digər turizm növləri qeyri-ənənəvidir.
Naxçıvan Muxtar Respublikası sahib olduğu unikal ehtiyatlar və müasir inkişaf səviyyəsi hesabına və eləcə də bölgəyə olan turist marağı baxımından qeyri-ənənəvi turizm növləri üçün də unikal məkandır. Belə ki, Naxçıvanda kosmik və ya qütb turizm üçün potensial olmasa da buradaki landşaft quruluşu, biomüxtəliflik, hidro potensial, kanat yolları, mineral suların sayı və mənşəyi, duz yataqları, sərt qayalar və panoramik görüntülü dağlar hesabına çox sayda qeyri-ənənəvi turizm növlərinin inkişafı haqqında danışmaq mümkündür. Qeyd edək ki artıq bunların bəziləri Naxçıvanda tətbiq olunmus və uğur qazanmışdır.
Naxçıvannı simvolu olan Haçadağ təbiət abidəsi kimi özünün tanışlıq dəyəri ilə yanaşı alp turizm üçündə ideal məkandır. Təqribən 2200 metr hündürlüyü olan bu dağın zirvəsinə qalxan yolun sərtliyi və zirvə nöqtəsindən naxçıvanın görüntüsü çox sayda həvəskar dağçilari özünə çəkir. Hər il Xocalı soyqırımının ildönümündə qardaş Türkiyədən gəlmiş dağcilar və yerli ekstremal yürüş həvəskarları Haçadağın zirvəsinə qardaş ölkənin ayulduzlu və üçrəngli Azərbaycan bayrağını burada birgə dalğalandırırlar.
Yamac və qaya paraşütü qeyri-ənənəvi turizm növlərin kimi xüsusən gənclər arasında yayılıb həvəskar klublar şəklində dünyanın hər yerində eləcə də ölkəmizdə mövcud olan yüksəkliklərdən uçmaqla tanınır. Naxçıvanda bu ilin qışında ilk dəfə olaraq Əlincəqalada yamac paraşütü həvəskarları tur təşkil etmiş və səmadan çəkilmiş görüntülərlə paylaşımlar edilmişdir.
Naxçıvandaki akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisində və eləcə də digər yerlərdə rast gəlinən unikal biomüxtəliflik həmişə turistlərin diqqətini çəkir və fotoovçuluq üçün yaxşı imkanlar yaradır. Şahbuz və Ordubad dağlarinda belə turizm növü üçün il boyu geniş imkanlar vardır.
Naxçıvan təbiəti həm köçəri, həm də daimi yaşayan quşlar üçün əlverişli məkandır. Quşların yaşaması, bala verməsi və köçünü izləmək üçün xüsusi optik aparatlarla təchiz olunmuş həvəskar turistlər planetin hər yerində olduğu kimi Naxçıvanda da belə növ müxtəlifliyi tapa bilirlər. Naxçıvanda fəaliyyət göstərən “Naxçıvantravel” şirkətinin 2017-ci ildə təşkil etdiyi geniş quşizləmə turunun təəssüratları bu baxımdan bölgəmizdəki geniş perspektlərdən danışır.
Mağara turizmi və ya Speleoturizm təbii qüvvə və ya insan əli ilə formalaşmış dərin mağaralara baxış əsasında təşkil olunur. Naxçıvandakı Duzdağ şaxtalarına eləcə də Batabatdakı Fərhad evinə baxmaq üçün çox sayda həvəskar turist bölgəmizə səfər edir. Duzdağ şaxtalarinin böyüklüyü və Fərhad evi mağarasının qədimliyi Naxçıvan da speleoturizm üçün əlverişli şərait yaradır.
Naxçıvanın bolsulu dağ çaylarında ilin yaz fəslində kiçik də olsa raftinq həyacanı yaşamaq üçün imkanlar vardır. Arpaçay, Heydər Əliyev su anbarına qədər Naxçıvançay və Gilancay hövzələri gələcəkdə raftinq üçün istifadə oluna bilər.

Eləcə də Naxçıvandakı iri su anbarlarında, tutumu 150 milyon kubmetr olan Arpaçay və tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarlarında həvəskar dalişcilarin səfərləri üçün də hidroloji şərait vardır.
Naxçıvandakı saf ekoloji şərait və Günəşli günlərin sayı buradaki orqanik qida məhsulları ilə yanaşı dərman bitkilərinin də çox yüksək keyfiyyətdə olmasına imkan yaradır. Dərələyəz silsiləsinin cənub yamaclarında və Şahbuz Dövlət təbiət qoruğunun digər yerlərində rast gəlinən unikal dərman bitkiləri toplamaq üçün hər il çox sayda herbari həvəskarları bölgəyə səfərlər edirlər
Kanatla gəzişmək və ərazini yüksəklikdən seyr etmək dünyanın bir çox yerlərində populyardır. Bu baxımdan, Ağbulaq Xizək Mərkəzində yaradılmış təxminən 950 metr uzunluğunda kanat yol bura gəlmiş insanlar tərəfindən gəzinti üçün istifadə olunur.
Naxçıvan mətbəxi özünün dadı-tamı ilə tarixən seçilib. Naxçıvanın ağartı məhsulları, dağ pencərlərindən hazırlanan kətələr, kabab çeşidləri, əriştə aşı, qovurma, eləcə də Naxçıvan pivəsini dadmaq üçün qastronomi həvəskarları olan turistlər də regionumuza səfər edirlər.
Bütün bu qeyd etdiklərimizi ümumiləşdirib göstərə bilərik ki, qeyri-ənənəvi turizm növləri insanlar arasında geniş yayılıb kütləvi hala keçdikcə daha yeni və qeyri-ənənəvi turizm növləri də yaranıb inkişaf edir. Bu baxımdan doğma Naxçıvanımızın sahib olduğu potensial bundan sonra da araşdırmaçılar üçün maraqlı sahə olacaq.
Nilgün Abbasova
“Naxçıvan” Universiteti
Turizm və otelçilik ixtisası üzrə III kurs tələbəsi
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"