Bakıda I qrup əlil intihar etdi

img

02-04-2014 [12:39]


Ötən gün saat 15:00-da Bakının Sabunçu rayonu ərazisində gözdən əlil kişi özünü öldürüb. Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi 14 ünvanında yaşayan 1952-ci il təvəllüdlü Əjdər Hacıağa oğlu Qədirovun meyidi evdən asılmış halda tapılıb. Onun özünü öldürdüyü məlum olub.

İntihar edən Əjdər Qədirovun gözdən I qrup əlil olduğu bildirilir. Polis ehtimal edir ki, Əjdər Qədirovu həyatdan bezdirən səbəb onun səhhətindəki problemlərlə bağlıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdrıma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA