QHT sədrinin Gəncədə həbsi təsdiqləndi

img

01-04-2014 [12:30]



Daxili İşlər Nazirliyi mart ayının 31-də Gəncədə "Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis tərəfindən saxlanılması ilə bağlı rəsmi məlumat verib. Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, H. Hüseynli Gəncə şəhər sakininə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb.

"Mart ayının 31-də Gəncə Polis İdarəsinin 102 məlumat mərkəzinə 2 nəfərin dalaşması ilə bağlı məlumat verilib. Onlardan birinin xəsarət aldığı qeyd olunub. Gəncə polis idarəsinin əməkdaşları dərhal deyilən ünvana yollanıb. Məlum olub ki, Gəncə şəhər sakini Həsən Hüseynli və Gəncə şəhər sakini Arzu Qəhrəmanov arasında münaqişə yaranıb. Həsən Hüseynli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib. Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseyinliyə isə Cinayət Məcəlləsinin 221.3 xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır”.

DİN sözçüsü onu da bildirdi ki, mətbuatda Həsən Hüseynliyə qarşı təxribatın törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Həsən Hüseynli konkret törətdiyi əmələ görə saxlanılıb. Onun QHT rəhbəri olması isə sonradan məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA