Türkiyə İraqda şəhid verib

img

19-04-2022 [12:29]


Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatında bir şəhid verib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, baş leytenant Ömer Delibaş terrorçular tərəfindən yerləşdirilən əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan Delibaşın həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR