ƏRDOĞANDAN Aİ, PUTİN VƏ ZELENSKİYƏ AÇIQ MESAJ: "Bölgəmizdə sülh adına mühüm fürsət yaranıb"
18-04-2022 [22:54]
"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, buna görə Ermənistanla normallaşma prosesini səmimi formada davam etdirrlər.
Ərdoğan daha sonra Ukraynadakı savaşdan söz açıb.
Bildirib ki, bu savaş Türkiyənin Avropa İttifaqı üçün əhəmiyyətini bir daha qabarıq göstərib: “Türkiyə bu savaşda əlindən gələni edib, edir. Bunun qarşılığı olmalıdır. Ukraynada baş verənlər Türkiyənin NATO-dakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Müharibənin qlobal miqyasda mənfi nəticələri Türkiyənin Aİ üçün, xüsusilə də bu sahədə strateji əhəmiyyətini göstərdi. Mən Aİ-nin tamhüquqlu üzvlük perspektivimiz əsasında konkret və mənalı addımlar atacağını gözləyirəm.
Hazırda Ukrayna böhranında sülhü, sabitliyi, insan həyatını qorumaq ölkəmizin xarici siyasətinin əsas istiqamətini təşkil edir. Biz Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin görüşməsini təmin etdik. Üzbəüz danışıqları davam etdirmək üçün tərəfləri İstanbulda qonaq etdik. Bu danışıqlar sayəsində tərəflər nəzərəçarpacaq irəliləyiş əldə etdilər. Bununla belə, Buçadan gələn görüntülər mülki insanları hədəf almaq səylərimizə kölgə salır. Tərəflər arasında onlayn danışıqlar davam edir. Hər iki tərəfin güvəndiyi ölkə olaraq səylərimizi davam etdiririk. İstanbul prosesi hələ də ən etibarlı və ən qısa çıxış yolu kimi xarakterini qoruyub saxlayır. Ümid edirik ki, Putin və Volodimir Zelenski arasında görüşü də təşki edə biləcəyik. Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduqlarını deyir. Mən mütəmadi olaraq cənab Zelenski və cənab Putinlə telefonla danışıram. Nəticələrimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”.
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb