Baş nazir: "Putinə zəng etməyin heç bir mənası yoxdur" - "Sanksiyalar Rusiyanı dayandırmayacaq"
17-04-2022 [17:32]
“Rusiya Prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axtarışında deyil”.
Bunu İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.
“Sona qədər ümid edirdim ki, Putin bunu etməyəcək. Müharibə başlamazdan əvvəl ona zəng vurdum. Lakin bir neçə həftə sonra o, hücuma keçdi. Onunla sona qədər danışmağa çalışdım. Hələlik Putinin məqsədi sülh axtarmaq deyil. Onun niyyəti Ukraynanın müqavimətini qırmaq, ölkəni işğal etməkdir”, - hökumət başçısı söyləyib.
O, İtaliyanın Ukraynanın yanında olacağını bildirib. “Səfirliyimiz artıq Kiyevdə işini bərpa edib. Bir çoxları kimi, mən də düşünürdüm ki, Rusiyanın sürətli qələbəsi qonşu dövlətlər üçün təhlükə olacaq. Lakin bu, baş vermədi. Qələbə olmadı və bunun nə vaxt olacağını da bilmirik. Prezident Zelenskinin dediyi kimi, Ukraynada xalq orduya çevrilib. Biz uzun sürən zorakılıq və dağıntılarla qarşı-qarşıyayıq. Bu müharibə davam edəcək. Bununla belə, Ukrayna xalqının Rusiyanı qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”.
M.Draqi V.Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti V.Zelenski ilə mümkün görüşü barədə soruşduğunu da xatırladıb.
“Putin dedi ki, bunun vaxtı hələ çatmayıb. Mən atəşkəs barədə təkid edəndə o, bunun da vaxtının hələ çatmadığını vurğuladı. Bir neçə gün ərzində yenidən danışacağımıza söz verərək vidalaşdıq. Amma sonra Buçadan dəhşətli xəbərlər gəldi. Beləliklə, mən başa düşdüm ki, danışıqlar, həqiqətən, mənasızdır”,- İtaliyanın Baş nazir əlavə edib.
Onun fikrincə, tətbiq edilən sanksiyalar Rusiyanı dayandırmayacaq: “Bunlar Kremli zəiflətməyə hesablanıb. Amma məhdudiyyətlər Ukraynadakı Rusiya qoşunlarını dayandırmayacaq. Bunun üçün biz Ukraynaya daha çox kömək etməliyik”/Report.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb