4 rus diplomatı Avstriyadan çıxarıldı

img

13-04-2022 [15:16]


Avstriya persona non-qrata elan etdiyi 4 rus diplomatı ölkəni tərk edib.

Mia.az xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.

Nazirlik həmin diplomatları aprelin 7-də persona non-qrata elan etmişdi.

Məlumata görə, onlar diplomatik statusları ilə uzlaşmayan davranışlarına görə qovulublar.

Qeyd edək ki, Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski Vyananın qərarını əsassız və qeyri-dost hərəkət adlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR