ZELENSKİ ŞİDDƏTLİ DÖYÜŞLƏRİN ANONSUNU VERDİ: "Bu, ən çətin döyüşlər olacaq, bilirəm ki, Rusiya Krımı tərk etməyəcək, bilirəm ki..." - “Bayden bunu etməlidir, çünki o..."
11-04-2022 [17:20]
“Mən lazım olan silahların siyahısını çoxdan ABŞ lideri Cozef Baydenə vermişəm”.
“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.
“Bayden bizim silah tədarükümüzə kömək ola bilr. O, bunu edə bilər və etməlidir. Çünki o, ABŞ lideridir. ABŞ böyük gücdür, ciddi təsir gücünə malikdir. Prezident Bayden hətta özündə olmayan silahları da başqa dövlətlərdən tapa bilər”, - o, bildirib/Report.
Mia.az xəbər verir ki, o, Qərbin indi birləşməsini Rusiyanın Ukraynaya qarşı müharibəsinin səbəb olduğunu deyib: “Əgər Qərb vaxtında birləşsə idi, hücumun qarşısını ala bilərdi. Putin məni eşitməyə bilər. Çünki onların imperiya ambisiyaları var. Amma o, ABŞ, Böyük Britaniyanın dediklərini eşitməyə bilməzdi. Qərb hücumdan əvvəl birləşmirdi. Bu barədə deyilənlər sadəcə söhbətdir”.
Zelenski onu da əlavə edib ki, Rusiyanın işğalı zamanı Ukraynaya dəyən itkiləri kompensasiya etmək üçün beynəlxalq tribunal yaradılacaq: "Biz onların ədalət qarşısında cavab verməsi üçün beynəlxalq tribunalın yaradılması üzərində işləyirik. Biz dövlətimizə dəyən zərərin ödənilməsi üçün beynəlxalq mexanizm hazırlayırıq. Biz dağıdılan hər şeyi bərpa edəcəyik. Hər bir günahkarı cəzalandıracağıq”.
Zelenski daha sonra deyib ki, insanlar öz doğma şəhərlərinə qayıtmalı, Rusiya qoşunları Ukraynanı tərk etməli, Ukrayna əraziləri onlardan azad edilməlidir: “Xalqım olmadan nəyinsə uğrunda mübarizə aparmağın heç bir mənası yoxdur. Mən başa düşürəm ki, düşmən Krımı tərk etməyəcək. Bilirəm ki, biz uzun müddət mübarizə aparacağıq. Bilirəm ki, ölkəmizin şərqində, Donbassda müəyyən ərazilər uğrunda döyüşəcək və sövdələşəcəyik. Bütün bunları başa düşürəm. Amma Kiyevdə qələbə barədə danışmaq hələ tezdir. Kiyev hələlik boşdur. İnsanlarımız geri qayıdandan, tanklar buradan çıxandan sonra qələbə olacaq. Amma ümumiyyətlə, Ukrayna irəlidədir. Düzdür, Ukrayna ordusunun Kiyev uğrunda gedən döyüşlərdə qarşı tərəfi məğlub etməsi barədə danışmaq hələ tezdir. Çünki bu, son qələbə deyil. Mən bu barədə əminliklə yalnız müharibədə qalib gələndən və ərazilərimizi tam azad edəndən sonra danışa bilərəm. Buça Kiyevin böyük bir hissəsidir. Buçada, Qostomeldə və İrpində insanlar məhv edilibsə, biz bu döyüşü qazanmışıqmı? Əmin deyiləm. Ölkənin şərqində və cənubunda müharibənin yeni dalğasının başlayacaq. Bu, ən çətin döyüşlər olacaq. Həmin döyüşlərdə nə qədər texnikanın iştirak edəcəyini bilmirik. Lakin həmin rəqəm indikindən qat-qat artıq olacaq. Ölkəmizin şərqində və cənubunda texnikalar yığılır. Biz Rusiyanın nə etmək istədiyini başa düşürük və bilirik ki, hər şey ABŞ-ın bizə necə kömək edəcəyindən, silahları nə qədər tez verəcəyindən asılıdır”.
Zelenski əlavə edib ki, Ukrayna ərazilərini Rusiyaya verməyəcək: “Biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Biz onsuz da xeyli adamı qurban vermişik. Onlar dövlətimizi xilas etmək üçün öldülər. Ona görə də onların qarşısında məsuliyyət daşıyırıq. Rusiya əvvəlcə Krımı istədi, sonra Donbas məsələsini həll etmək niyyətinə düşdü. İndi isə Xerson bölgəsini ələ keçirməyə çalışır. Biz bilirik ki, onların niyyəti ölkəmizin cənubunu ələ keçirməkdir. Əgər biz ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlamazdı”.
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb