Nikolayevin meri: "Müharibə başlayandan demək olar, hər gün bizi bombalayırlar"
11-04-2022 [11:03]
"Müharibə başlayandan demək olar, hər gün bizi bombalayırlar. Əsasən kassetli mərmilərdən istifadə olunur".
Mia.az xəbər verir ki, bunu Report-un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın hazırda Rusiya tərəfindən aramsız hücumlarına məruz qalan şəhərlərindən olan Nikolayevin meri Aleksandr Senkeviç bildirib.
O qeyd edib ki, müharibənin əvvəlindən Nikolayevdə 56 dinc sakin öldürülüb, 317 nəfər isə yaralanıb:
"Nikolayev şəhərinin sahəsi təqribən 260 kvadrat kilometrdir. Şəhərdə təxminən 3 300 çoxmərtəbəli bina var. Hərbi əməliyyatlar zamanı 317 binaya müəyyən dərəcədə ziyan dəyib. 60-a yaxın bina, tikili isə tam dağıdılıb və bərpa işləri aparmaq belə münasib deyil. Təkcə idarəolunan qanadlı raketlə vurulan Vilayət Dövlət Administrasiyasının binasında raket zərbələri nəticəsində 36 nəfər həlak olub. Onlardan 34-nün meyiti dağıntılar altında aşkar edilib, ikisi isə aldıqları müxtəlif dərəcəli xəsarətlər səbəbindən xəstəxanada keçinib. Ölənlərin 4-ü mühafizə xidmətinin əməkdaşı idi. Digərləri isə Vilayət Dövlət Administrasiyasında çalışan adi ofis işçiləri olublar. Məsələn, iki qız Təsərrüfat Məhkəməsinin əməkdaşı idi və binanın yuxarı mərtəbələrində yerləşən məhkəmə ofisində işləyirdilər. Bir sözlə, binada olanların hamısı humanitar məsələr, vilayətdən evakuasiya işləri ilə məşğul olurdular" - deyə, mer vurğulayıb.
Senkeviç onu da bildirib ki, hazırda əhalinin təqribən 35 faizi şəhəri tərk edib: "Dəqiq sayı deyə bilmərik. Amma daşınan zibilin və istehlak olunan suyun həcmi əsasında müəyyən qənaətə gəlmək olur. Bu iki parametr əsasında Nikolayev şəhərinin əhalisinin 35 faizinin şəhəri tərk etdiyini müəyyənləşdirmək olar", - deyə, o əlavə edib.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb