Fransızlar yeni prezidentini seçə bilmədi - Makron ikinci turda Le Penlə yarışacaq (Yenilənib)
11-04-2022 [15:32]
Fransada keçirilən prezident seçkilərinin yekun nəticələri elan olunub.
Mia.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron səslərin 27,84 %-ni, onun ən yaxın izləyicisi Marin Le Pen isə 23,15 %-ni toplayıb.
***
Fransanın hazırkı prezidenti Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir.
Mia.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 25,05 faiz səs toplayıb.
***
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.
Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.
“İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.
***
Fransanın yeni prezidenti ikinci turda bəlli olacaq.
Mia.az NTV-yə istinadla xəbər verir ki, ilkin nəticəyə görə hazırki Prezident Emmanuel Makron 28.5 faiz, onun yaxın rəqibi Milli Birlik Partiyasının lideri Marin Le Pen isə 24,2% səs toplayıb. BU isə o deməkdir ki, adıçəkilənlər növbəti mərhələdə yarışacaq.
İkinci tur seçkilərinə isə aprelin 24-də start verlıcək.
Bu arada seçkidə məğlub olan digər namizədlər - Fransanın sağ mərkəzçi “Respublikaçılar Partiyası”ndan prezidentliyə namizədi, 5.1 faiz səs toplayan Valeri Pekress, “Avropa-Ekologiya-Yaşıllar” partiyasının üzvü Yannik Jado və “Əyilməz Fransa” siyasi partiyasının rəhbəri Jan-Lük Melanşon, Fransa Kommunist Partiyasının lideri Fabien Roussel tərəfdarlarını ikincu turda Makrona səs verməyə çağırıb.
***
Fransada prezident seçkilərinin birinci turunda səsvermələr başlayıb.
Mia.az xəbər verir ki, 70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb, lakin məntəqələ müxtəlif vaxtlarda öz işini başa çatdıracaq. Əksər yaşayış məntəqələrində onlar seçiciləri saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) bağlanacaq, böyük şəhərlərdə, saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) qəbul edəcəklər.
Seçkilərdə səs vermək üçün Fransa vətəndaşları şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.
Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.
Səsvermə bülletenlərində adları olan namizədlər bunlardır: Fəhlə Mübarizə Partiyasından Natali Arto, sağçı “Qalx ayağa Fransa” Partiyasının lideri Nikola Düpon-Enyan, Fransa Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo, “Müqavimət” Partiyasının deputatı Jan Lassal, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen, “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron, ifrat solçu “Sarsılmaz Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon və digərləri.
Seçkilərdə əsas rəqabətin ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə “İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı, prezidentliyə ikinci dəfə namizəd olmuş Emmanuel Makron arasında gedəcəyi proqnozlaşdırılır.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb