Türkiyə səfirliyi yenidən Kiyevdə fəaliyyətini bərpa edib

img

06-04-2022 [09:50]


Rusiyanın Ukraynada apardığı müharibə səbəbilə Ukraynanın paytaxtı Kiyevdən Çernovtsı şəhərinə köçən Türkiyə səfirliyi yenidən fəaliyyətini bərpa edib.

"Haber Global" xəbər verir ki, Rusiyanın Kiyev yaxınlığından çəkilməsindən sonra səfirliyin bütün əməkdaşları Kiyevə qayıdıb.

Qeyd edək ki, Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub. Bu gün isə Kiyevin mühasirəsi yarılandan sonra şəhərə qayıdan ilk səfirlik sayılır.

Sabahdan etibarən səfirlik işini sürətləndirəcək. Personal geniş təhlükəsizlik tədbirləri altında şəhərə gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA