Gömrük əməkdaşı mətbuat katibi təyin olundu

img

31-03-2022 [11:09]


Hesablama Palatasına yeni mətbuat katibi təyin olunub.

Mia.az  xəbər verir ki, Palata sədrinin əmri ilə Gömrük Komitəsinin əməkdaşı Zeynəb Kazımova Nailə Məhərrəmovadan boşalan posta gətirilib.

Bu barədə açıqlama verən Zeynəb Kazımova bildirib ki, o, bu vəzifənin icraçısı təyin edilib.

Məlumat üçün qeyd edək ki, Nailə Məhərrəmova pensiya yaşına çatması ilə bağlı vəzifədən azad edilməsi üçün özü ərizə verib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA