Vüqar Səfərli xəstədir ki? - Vəkili onun müalicə müəssəsinə köçürüldüyünü deyir, amma xəstəliyi gizlədilir

img

31-03-2022 [10:12]


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb.

Mia.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Hikmət Əliyev deyib.

O bildirib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssəsinə köçürülüb.

V.Səfərlinin səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.

"Müdafiə etdiyim şəxs bir neçə gün əvvəl müalicə müəssəsinə yerləşdirilib. Vüqar Səfərli hazırda müalicəsini orada davam etdirir", - vurğulayıb.

Xatırladaq ki, V.Səfərlinin vəzifədə olduğu dövrdə səhhəti ilə bağlı hər hansı bir şikayətinin olduğu cəmiyyətə bəlli deyil. Maraqlı məqamlardan biri də budur ki, vəzifəli şəxslər həbs olunan kimi müxətlif vasitələrlə özlərini Müalicə Müəssisəsinə yerləşdirilməsinə nail olurlar.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR