Ukraynada daha bir əcnəbi jurnalist döyüş zamanı həlak oldu, biri isə yaralandı

img

15-03-2022 [19:52]


"Fox News"un operatoru Pyer Zakrjevski Kiyev yaxınlığında həlak olub.

Bu barədə telekanalın xəbərlər proqramının aparıcısı Con Roberts tviterdə bildirib.

Digər əməkdaş, telekanalın müxbiri Benjamin Holl isə döyüşlər zamanı yaralanılb.

Onun xəsarət alması ilə bağlı məlumatı Pentaqon da təsdiqləyib və əlavə edib ki, hadisə ilə bağlı məlumat toplayırlar/Report.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl "Nyu-York Times"in də bir əməkdaşı Ukraynada həlak olub, digəri isə yaralanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA