Xocavənd və Tərtərdə mövqelərimiz yenə atəşə tutuldu: "Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır"

img

13-03-2022 [10:04]


Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadal bildirir ki, Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb: "Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA