UKRAYNA İLƏ RUSİYA ARASINDAKI DANIŞIQLARDA MÜHÜM YENİLİKLƏR: "Rusiya bizimlə daha hədə dili ilə danışmır" - "Yeni şərt və sazişlər üzərində iş aparılır" (Yenilənib)
14-03-2022 [09:21]
“Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir”.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib: “Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm. Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, mürəkkəb danışıqlar işində Ukrayna lazımi nəticəni alsın. Bu da bizim üçün zəruridir.
Sülh və təhlükəsizlik üçün. Beləliklə, normal və effektiv zəmanətlərimiz olsun deyə. Budapeştdəki kimi deyil, səmamızdakı kimi deyil. Ukraynalılar deyə bilsinlər - bu işləyir, bunlar zəmanətdir”.
***.
Rusiyanın Ukraynaya hücumunun 18-ci günündə tərəflər danışıqlar masasında ciddi irəliləyişlərin olması barədə mühüm anonslar verir.
Mia.az xəbər verir ki, bununla bağlı yeni açıqlama verən Ukrayna Prezident Ofisinin rəsmisi Mixail Podolyak "Bizim Rusiyadan ilkin olaraq iki tələbimiz var" deyib: "Tələblərimizdən biri savaşın dayandırılması, digəri isə Rusiya qüvvələrinin geri çəkilməsidir. Artıq Rusiya tələblərimizi diqqətlə dinləyir, anlayışla müzakirəyə açır, daha əvvəlki kimi ultimatium vermirlər".
O bildirib ki, Ukrayna əvvəlki heç bir mövqeyindən də geri çəkilməyib.
***
Rəsmi Kiyev Rusiya ilə danışıqlarda Türkiyə və ya İsrailin vasitəçi olmasını istəyir və hazırda bu, reallaşmaq üzrədir.
Mia.az Türkiyənin NTV kanalına istinadla bildirir ki, bu barədə Ukrayna Prezidentinin sözçüsü Mixail Podolyak açıqlama verib.
O bildirib ki, bu məqsədlə Ukrayna hakimiyyəti İsrail və Türkiyə ilə əlaqə saxlayır: “İndi vasitəçilik missiyasını yerinə yetirmək istəyən tərəfdaşlarımızın köməyi ilə təhlükəsizlik zəmanətləri şərtləri və Ukraynanın mövqelərini nəzərə alacaq sazişlər paketi üzərində işləyirik. Sazişlər razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna prezidentləri görüşəcəklər".
Kanal onu da bildirib ki, Putin də Ərdoğana Zelenski ilə görüşə biləcəyini deyib.
Bu barədə Türkiyənin XİN başçısı Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib: “Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkil üçün səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanallrın da belə cəhdləri var, biz də bunu dəstəkləyirik”.
Bu arada Rusiya-Ukrayna danışıqlarında nümayəndə heyətinin üzvü, Dumanın komitə sədri Leonid Slutksi də Moskva və Kiyevin danışıqlarda əhəmiyyətli irəliləyişlər etdiklərini deyib: “Mənim fikrimcə, bu irəliləyiş yaxın günlərdə sənəd imzalanması üçün hər iki nümayəndə heyətinin vahid mövqeyinin yaranmasına gətirib çıxaracaq”.
Mia.az
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq