Bayden yenə Rusiyanın ağır bədəl ödəyəcəyini dedi, yeni sanksiya paketini açıqladı: "Rusiyanın iqtisadiyyatını yıxdıq"

img

11-03-2022 [19:55]


"Rusiya ağır bədəl ödəyəcək".

Mia.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Bayden deyib.

O, Rusiyaya yeni sanksiyalar tərbiq etdiiklərini də açıqlayıb: "Bu gündən Rusiya ilə normal ticarət əlaqəsini də dayandırdıq. Rusiyanın beynəlxalq maliyyə qurumlarında da kredit almasına imkan verməyəcəyik. Bununla dayanmayacağıq, yeni tədbirlər alınacaq".

O bildirib ki, Rusiya elə bir vəziyyətə salınıb ki, Moskva birjası da açıla bilmir: "Açılarsa, dərhal çökəcək. Rusiyanın iqtisadiyyatını yıxdıq".

Bayden Ukrayna savaşına toxunaraq, qeyd edib ki, NATO prosesə birbaşa müdaxilə edə bilməz: "Bu, 3-cü Dünya müharibəsinə səbəb olacaq".

ABŞ prezidenti əlavə edib ki, Putinin Ukrayna savaşında qalib gələcəyiinə inanmır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA