Putin Zelenski ilə görüşə hazırlaşır - Rəsmi Moskva anons verdi

img

11-03-2022 [14:38]


"Rusiya Prezidenti Vladimir Putinlə həmkarı Volodimir Zelenski arasında görüş keçirilməsi istisna edilmir”.

 TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O belə görüşün mümkünlüyünü vurğulayıb: "Bəli, bu mümkündür. Lakin görüş nəticə üçün olmalıdır. Bundan ötrü isə həm nümayəndə heyətləri, həm də nazirlər öhdəliklərini yerinə yetirməlidirlər. Rusiyanın mövqeləri məlumdur”

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Putinlə Zelenskinin görüşündən danışıb: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin heç bir tərəddüd etmədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Ona görə də yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentlərinin görüşü mümkündür. Məncə, bu, çox yaxşı əlamətdir. Belə bir görüşün yaxın gələcəkdə baş tutmasının mümkünlüyünü ehtimal etməyə hər cür əsas var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA