Putin Təhlükəsizlik Şurasını topladı: Şoyqu könüllü döyüşçülərin Ukraynaya göndərilməsini istədi, müsbət cavab aldı

img

11-03-2022 [13:09]


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirir.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dövlət başçısı şura üzvlərinə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı təklif edib.

O, ilk sözü Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyquya verib. Nazir söyləyib ki, Rusiya sərhədinin qərb hissəsi zirehli texnikanın hesabına möhkəmləndirilib. O, Ukraynadakı müharibəyə könüllülərin cəlb olunması təklifini irəli sürüb. V.Putin bu ideyanı bəyənib və Ukrayandakı müharibəyə könüllülərin cəlb edilməsinə razılıq verib.

V.Putin müdafiə nazirinin Donetsk və Luqanskdakı separatçılara qənimət silah və texnikanın verilməsi təklifini də bəyənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA