Ukrayna MN: “Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”

img

11-03-2022 [10:27]


“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir: “Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA