Fransa Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşı çıxdı - Makron açıqladı

img

11-03-2022 [00:07]


Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu proseduruna başlamaq mümkün deyil.

Bunu Fransa Prezidenti Emmanuel Makron Versalda Aİ liderlərinin sammitindən əvvəl əvvəl jurnalistlərə bildirib.

"Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik. Hesab edirəm ki, hazırkı dövrdə diqqətli olmalıyıq. Bu gün müharibə gedən ölkəyə Aİ-yə daxil olmaq üçün proseduru aça bilərikmi? Düşünmürəm”, - Makron qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA