PUTİNDƏN SANKSİYALARLA BAĞLI AÇIQLAMA: “Bu, indi Rusiya üçün müəyyən problemlər yaradır, ancaq..."

img

10-03-2022 [21:24]


“İndi sanksiya təzyiqi kompleks xarakter daşıyır və Rusiya üçün müəyyən problemlər yaradır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, yaşananlara baxmayaraq, Rusiya bu çətinliyin öhdəsindən gələcək: "Biz əvvəlki illərdə çətinlikləri dəf etdiyimiz kimi, indi də onların öhdəsindən gələcəyik. Biz bu dövrü keçməliyik. Rusiya iqtisadiyyatı yeni vəziyyətə uyğunlaşacaq. Biz bütün sahələrdə idxalın əvəzlənməsini davam etdirəcəyik. Əminəm ki, hökumət üzvlərinin, aparıcı şirkətlərimizin sayəsində biz bütün çətinliklərin öhdəsindən gələcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA