ZELENSKİDƏN PUTİNƏ AÇIQ MESAJ: "Kompromis mümkündür, hələlik detalları açıqlaya bilmərəm"

img

10-03-2022 [09:49]


"Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, müharibəyə yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər".

Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Zelenski bildirib ki, yalnız Rusiya prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən dialoqla müharibəni dayandırmaq olar.

“Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu, mənim ölkəmə xəyanət olmamalıdır. Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız iki prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”, - deyə Zelenski vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA