"Hardadır dünyanın gücünün əlində olduğunu deyənlər?" - Ərdoğandan Ukraynadakı savaşla bağlı açıqlamalar

img

09-03-2022 [14:08]


“Sabah Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün daimi sülhü təmin edəcəyinə ümid edirəm”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Ukraynada baş verənlər vicdansızlıqdır: "Hanı dünyanın gücü olduğunu iddia edənlər? Hardadırlar? Savaşın qazananı olmaz. Ukraynada ölən uşaqlar, qadınlar var. 2 milyon qaçqın  var. Görünən odur ki, bu rəqəm 10 milyona çatacaq. Türkiyə olaraq, biz savaşın dayanması üçün əlimzdən gələni edirik. Azərbaycan Prezidenti İlham Əliyev, BMT Baş katibi Antoni Quttares, Ukrayna Prezidenti Volodimi Zelenski və Rusiya dövlət başçısı Vladimri Putinlə dəfələrlə telefon danışığı aparırıq. Bu məsələnin diplomatik həllinə çalışmışam. Eyni zamanda, müdafiə və xarici işlər nazirlərimiz də həmkarları ilə dəfələrlə danışıblar. Ölkəmizin bu məsələdəki neytrallığının nə qədər məqsədyönlü olduğu hər ötən gün daha çox ortaya çıxır”.

Ərdoğan deyib ki, hazırda Krım tatarları, Axıska türkləri, Azərbaycan türkləri, özbək, türkmən qardaşlarımız və digər ölkə vətəndaşlarının Ukraynadan təxliyəsinə yardımçı olurlar

Onun sözlərinə görə, indiyədək Ukraynadan 20 mindən çox xarici vətəndaş Türkiyəyə daxil olub: "Türk Qızıl Aypara və Fövqəladə Halların İdarə olunması Agentliyi vasitəsilə bu günədək Ukraynaya 23 yük maşını yardım ləvazimatları göndərilib. Qarşıdakı günlərdə bu rəqəm 39-a çatacaq"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA