Paşinyan Fransaya işgüzar səfərə gedib

img

09-03-2022 [10:07]


Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

“Sputnik Armeniya” xəbər verir ki, hökumət başçısı Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcək.

Eyni zamanda, iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

N.Paşinyanı səfərdə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər müşaiyət edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA