Avropa Birliyi: "Biz bu məsələdə Baydenin arxasınca getməyəcəyik”

img

09-03-2022 [09:17]


Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa qoymayacaq.

"RİA Novosti” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel al-Jazeera telekanalına bildirib.

O, bu bəyanatı Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar, o cümlədən enerji resurslarının tədarükünə qadağa qoyulmasını elan etməsindən sonra verib: “Biz Rusiya enerjisinin idxalını qadağan etməyəcəyik. Biz bu məsələdə Baydenin arxasınca getməyəcəyik”.

 Borrel deyib ki, Aİ hazırkı tərəfdaşa güvənmir, ona görə də onlar qaz tədarükü üçün alternativ mənbələr axtarır.

O, həmçinin qeyd edib ki, Ukraynanın Aİ-yə qəbul olunması mümkündür, lakin bu, tezliklə baş verməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA