Rusiya Ukraynada bu gün sükut rejimi elan edib - Mülki şəxslər üçün "yol xəritəsi" açıqlandı (Yenilənib)

img

09-03-2022 [13:00]


“Martın 9-u səhər saat 5:30-da Ukrayna Rusiya Federasiyasından bizim əvvəllər təklif etdiyimiz marşrutlar, xüsusən də Buça, İrpen və Mariupoldan humanitar dəhlizlərlə əlaqədar mesaj alıb”.

Mia.az xəbər verir ki, bunu brifinqdə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, ruslar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müvafiq məktub göndəriblər: “Hərbçilər bu gün səhər saat 9:00-dan axşam saat 21:00-dək atəşi dayandırmağa razıdırlar”.

O xatırladıb ki, Rusiya tərəfi dəhlizlərlə (Mariupol – Zaporojye, Volnovaxa – Pokrovsk) bağlı öhdəliklərini dəfələrlə pozub: "Vorzel, Borodianka, İrpin və Buçadan Kiyevə, Mariupoldan Zaporojyeyə, Volnovaxadan Pokrovskaya, İzyumdan Lozovaya və Enerqodardan Zaporojyeyə humanitar dəhliz açılır.

Təxliyə Buça Şəhər Şurası tərəfindən təsdiqlənib. Buça və Vorzel sakinlərinə məlumat verilib ki, martın 9-da saat 10:40-11:00-da qadınlar və uşaqlar avtobusla paytaxtın dəmir yolu stansiyasına yola düşəcəklər".

****

"Rusiya Moskva vaxtı ilə sabah, yəni martın 9-u saat 10:00-dan etibarən sükut rejimi elan edir".

Bu barədə Rusiyanın Ukraynadakı humanitar yardım üzrə idarələrarası koordinasiya qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu bununla Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər açacaq:

"Rusiya Ukrayna tərəfi ilə razılaşaraq Kiyev şəhərindən və ona bitişik yaşayış məntəqələrindən humanitar dəhlizlər vasitəsilə Belarus ərazisindən keçməklə Qomel şəhərinə, sonradan cənub istiqamətində hava yolu ilə Rusiya Federasiyasına çatdırmağa hazırdır.

Daha sonra Çerniqov şəhərindən Belarus ərazisindən keçməklə Qomel şəhərinə, sonradan hava nəqliyyatı ilə Rusiyaya, cənub istiqamətində çatdırılma, Sumi şəhərindən iki marşrut üzrə Poltava və Belqorod şəhərlərinə - sonra hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə seçilmiş istiqamətlərə və ya müvəqqəti yaşayış məntəqələrinə, cənub istiqamətində humanitar dəhllzlər olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA