Avropa Komissiyası Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb

img

08-03-2022 [18:27]


Avropa Komissiyası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya və Belarusa qarşı yeni sanksiyalar paketi hazırlayıb.

“RİA Novosti” xəbər verir ki, bu tədbirlər çərçivəsində Belarusun üç bankı SWIFT sistemindən ayrılacaq, eyni zamanda Avropa İttifaqından (Aİ) Rusiyaya dəniz texnologiyalarının ixracı qadağan ediləcək.

“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, yeni paket çərşənbə axşamı Aİ-nin daimi nümayəndələri səviyyəsində müzakirə olunacaq. Aİ rusiyalı oliqarxlara və parlament üzvlərinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA