19-03-2014 [14:36]
Editor.az Novruz Bayramı ərəfəsində ölkə jurnalistlərinə "Bayramı harada qeyd edəcəksiniz?” sualı ilə müraciət edib.
Sorğumuza qatılan qələm əhli bayramla bağlı təəssüratlarını Editor.az-a bölüşüblər.
Elbrus Ərud (Qafqazinfo.az portalı):
Rəhmətliyin nəvəsi, heç bayramın vaxtıdır.
Cavid İsmayıl (APA):
Adətən, bayramı evdən kənarda qeyd etməyi xoşlamıram. Xüsusən il təhvil olan anlarda insanların öz ocağında olmasına üstünlük verirəm. Bu il də yəqin ki, istisna olmayacaq, Novruzu ailə üzvlərimizlə birlikdə qarşılayacağıq. Tanrıdan yeni ilin Azərbaycana və xalqımıza uğurlu olmasını diləyirəm. Bayramınız mübarək!
Famil Cəfərli (Virtualaz.org portalı):
Mən ali məktəbə qəbul olduğum ildən – 1987-ci ildən Bakıda yaşayıram. Amma Bakıda Novruz bayramı keçirdiyim hələ yadıma gəlmir. Hər il olduğu kimi, bu il də bayramı öz kəndimizdə keçirəcəyəm. Valideynlərimin yanında… Fürsətdən istifadə edib saytınız vasitəsilə hamını təbrik edirəm.
Zaur Əhməd (Mia.az portalı):
Bayramda evdəyəm. Başqa yerdə keçirmək imkanı yoxdur. Hətta olsa belə yenə də ailəmlə birgə vətənimdə olmaq gözəldir. Şükür Allaha ki, süfrəmiz zəngindir, yeməyə də hər şey var. Sevdiklərim yanımda olanda bayram daha gözəldir. Bir problem var ki, hər Novruzda çəkim ən azı 5 kq artır.
Zaur Rəsulzadə (Haqqın.az portalı):
Bayramı evdə qeyd edəcəm. Xüsusi bir təmtəraq nəzərdə tutmuram. Ailəmi, uşaqlrımı başıma toplayıb, bayram sevincini yaşamağa çalışacam. Valideynlərimiz məzarını ziyarət edəcəm.
Hacıbəy Heydərli (Azxeber.com portalı):
Hər il olduğu kimi, bu ildə bayramı evdə ailəmlə birgə qeyd edəcəm. Bayramda ağsaqqallara baş çəkməyi, dostları təbrik etməyi nəzərdə tuturam.
Fərid Şahbazlı (Editor.az portalı):
Mən ənənəvi olaraq bayramı evdə valideynlərimlə birgə qeyd edirəm. Bu il də belə olacaq. Bayram günlərində hörmətli ziyalıları, qohumları, dostları ziyarət etməyi planlaşdırıram.
Anar Əhmədov (Axar.az portalı):
Bayramla bağlı bu gün doğulub boya-başa çatdığım rayona, Neftçalaya gedəcəm. Valideynlərim və ailəmlə birgə bayramı qeyd edəcəyik.
Ceyhun Əhmədov (Axşam.az portalı):
Bayramda harasa getmək fikrim yoxdur. Əsasən evdə və dostların əhatəsində olacam. Fikrimcə, jurnalist bayramlarda da iş başında olmalı, operativliyi və sayıqlığı qorumalıdır.
Fərid Xıdırlı (Showlife.az portalı):
Bayramı evdə qeyd edəcəm. Hər il olduğu kimi, bu il də ailəmlə süfrə başına yığışacaq, bayram günü isə qohumlara, xüsusən yaşlı qohumlarıma baş çəkəcəyəm.
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır