ZELENSKİDƏN PUTİNƏ AÇIQ MESAJ: "Ortaq məxrəcə gələ bilərik" - "NATO-ya inam yoxdur, ruslar sabah Almaniya, Polşaya da girə bilər"
08-03-2022 [13:48]
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya lideri Vladimir Putin informasiya köpüyü içindədir.
Mia.az xəbər verir ki, bu barədə o, ABC News-a müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər: "Putin informasiya köpüyü içindədir, o, özü başladığı müharibəni bitirə bilər".
Zelenski həmçinin əlavə edib ki, "Məni seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil".
Bununla belə o, Rusiyanın neytral dövlət, Krımın Rusiyanın bir hissəsi, DXR və LXR-in isə müstəqil respublika kimi tanınması məsələlərini müzakirə etməyə hazır olduğunu deyib: “Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik. Rusiya hərbçilərinin qarşılarına qoyduğu çox ciddi tapşırıq var, onlar sabah Polşa, Almaniyada ola bilər. Baydenə ən əhəmiyyətli məsələnin hava məkanının təhlükəsizliyi olduğunu söylədim. Çünki bizi bombalayrılar. Dünən Rusiyanın bir raketi Xarkov şəhərində universitet binasına düşdü. Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Şərq canavarı olaraq tanınan Rusiya işğaldan doymayacaq. Məktəblər, nüvə obyektləri bombalanır. Məni buna əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Məni və ailəmi öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm”.
Zelenski NATO-nun fəaliyyətsizliyinə də diqqət çəkib: "NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil. Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-ya inamım artıq itib".
Ukrayna lideri əlavə edib ki, dünya liderləri bu müharibənin dayandırılması üçün səylərini artırmasalar, o, bütün dünya xalqlarına soyqırımla bağlı müraciət edəcək:
“İşğalçılar Sumını - tarixdə heç vaxt Rusiyanı hədələməyən sülhsevər şəhərimizi yenidən bombalayıblar. Rusiya son 30 ildə 13 gün ərzində Ukraynada itirdiyi qədər aviasiya texnikası itirməyib. 13 gündür biz yalnız vədlər eşidirik və 13 gündür deyirlər ki, indilərdə havadan yardım edəcəyik, təyyarələr olacaq. Ukraynada aviazərbələr nəticəsində həlak olanlara görə məsuliyyəti Rusiya daşıyır. Qərbdə kabinetlərdə oturub Ukrayna səmasının təhlükəsizliyi ilə bağlı qərar verməyənlər də məsuliyyət daşıyırlar. Dünya liderləri bu müharibənin dayandırılması üçün səylərini artırmasalar mən bütün dünya xalqlarına bu soyqırımla bağlı müraciət edəcəyəm”.
Zelensiki daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynanın humanitar missiyasını icra edən maşınlarına onun emblemindən istifadəni qadağan etməsinə toxunub: “Qırmızı Xaç bunu edir, elə bil bu, onların öz əmlakıdır. Bu, bir nümunədir. Bu, bir çox mətləblərdən xəbər verir. Bu, bəzi çox nüfuzlu şəxslərin ukraynalıların məhv edilməsinə qərar verdiklərinin göstəricisidir. Mən buna yol verməyəcəyəm. Biz buna yol verməyəcəyik. Dostlarımız bizimlə bir cərgədədir. Əlbəttə, biz Ukraynaya yardım etməyi bilən tərəfdarlarımız, bütün dövlətlərin parlament sədrləri ilə danışıqlar davam etdirirk”.
Mia.az
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan