"Mümkün təxribatların qarşısının alınması üçün səylər davam etdirilir" - MN erməni tərəfinin iddiasına reaksiya verdi

img

07-03-2022 [16:18]


"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır", .

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı iddialara cavabda deyib.

Bildirilib ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir: "Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA