Xersonda şiddətli savaş gedir - Rusiyanın bir gecədə 30 helikopteri və 3 kolonu vurulub, xeyli texnikası ələ keçirilib

img

07-03-2022 [14:24]


Ukraynanın Xerson vilayətinin Çernobayevka aerodromunda 30-dan çox Rusiya helikopteri məhv edilib.

Bu barədə Ukrayna Dəniz Piyadaları Komandanlığının “Facebook” hesabındakı paylaşımında qeyd olunub.

Bildirilib ki, gecə əməliyyatı zamanı Ukrayna hərbçiləri ərazidəki uçuş vasitələri ilə yanaşı çox sayda canlı qüvvə və digər texniki vasitələri də sıradan çıxarıb.

Əlavə olunub ki, ötən gün Nikolayevə yaxınlaşan düşmənin 3 kolonu məhv edən Ukrayna döyüşçüləri böyük miqdarda hərbi qənimət ələ keçiriblər. Qənimətlər arasında nəqliyyat vasitələrinin, eləcə də 7 ədəd D-20 topunun olduğu bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA