Zelenski dünyaya səsləndi: "Rusiyanın neftindən imtina edin"

img

07-03-2022 [13:54]


“Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”.

Mia.az Ukrayna Prezident Ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu martın 7-də ölkə Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna bayrağı dinc, məhsuldar, qızıl tanksız torpaqdır: "Bu, dinc, təmiz, mavi və raketsiz səmadır. Belə olub, belə də olacaq. Biz dünyanı rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə, Rusiyanın ixracatından, xüsusi ilə neft və neft məhsullarından imtinaya çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA