ƏRDOĞAN PUTİNƏ "GƏL, BİRGƏ SÜLHƏ YOL AÇAQ" DEDİ, ƏKS CAVABI ALDI: "Moskvanın tələbi yerinə yetirilməsə..." - Növbəti görüş yenə Belarusda olacaq (Yenilənib)
06-03-2022 [16:17]
"Təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bir saat çəkən telefon söhbəti zamanı deyib.
Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.
“Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayan Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.
Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu söyləyən Ərdoğan hərtərəfli danışıqlar aparmaq, nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.
***
Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Ukraynadakı hərbi əməliyyatın dayandırılması yalnız Moskvanın tələblərinin yerinə yetirməsi şərtilə mümkündür.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin qeryd edib ki, Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilirr.
Söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib. "Ümid edilib ki, danışıqların planlaşdırılan növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları tam nəzərə alan daha konstruktiv yanaşma nümayiş etdirəcəklər".
Putinin bu sözlərindən isə belə anlaşılır ki, o, Zelenski ilə Türkiyədə görüşdən imtina edib.
.***
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
Mia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, tərəflər Ukrayna ilə bağlı vəziyyət və Türkiyədə Zelenski ilə görüş perspektivini müzakirə edirlər.
Türkiyə mətbuatının məlumatına görə, Ərdoğanın əlində savaşın bir an dayanmasının vacibliyini qabardan "yol xəritəsi" var: "Ərdoğanın "beyin mərkəzi" ona iki ölkə, yəni rusiya-Ukrayna savaşının bitməsinin gərəkliyi barədə qovluq təqdim edib. O, bu sənədlər üzərindən Putini atşkəsə və danışıqlara inandırmağa çalışacaq".
***.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlara razılaşıb.
Mia.az Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.
O, Ukraynada atəşin dərhal dayandırılmasının vacibliyini önə çəkərək, bildirib ki, əks halda bu savaş Ukrayna, Rusiya və hətta bölgə üçün dağıdıcı olacaq: "Bunun qarşısını almaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Zelenski ilə danışıb. Cənab Zelenski Rusiya prezidenti ilə Ankarada, yaxud İstanbulda görüşə razılıq verib. Sabah Ərdoğan Putinlə telefon söhbətində bu görüşü müzakirə edəcək".
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib