Rusiya qoşunları Enerqodar şəhərini tərk edib: "Şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub"

img

05-03-2022 [21:17]


Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib, şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub, yerli hökumətin başçısı yerindədir.

UNİAN xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib: "Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar hökumətyönlü mövqelərini nümayiş etdirirlər. Enerqodarda da hər şey qaydasındadır".

Starux əlavə edib ki, ötən gecə Enerqodarda bəzi rus hərbçilər tərəfindən qarət faktları qeydə alınıb: "Orada hər şey qarət olundu. Ya telefon üçün öldürdülər, ya da noutbukları oğurladılar. Çöldə noutbukun nə üçün lazım olduğu heç də aydın deyil"/Report.

Zaporojye AES-də vəziyyətlə bağlı hələlik məlumat verilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA