RUSİYA VƏ UKRAYNA ARASINDA ÜÇÜNCÜ GÖRÜŞ: "Biz böyük sənədlər toplusu ilə gəldik, konkret razılaşmalar və..." - Açıqlamalar (Yenilənib)
07-03-2022 [23:04]
Bu gün Belarusda Ukrayna ilə Rusiya nümayəndə heyətləri üçüncü görüşü başa çatıb.
Mia.az TRT-yə istinadla xəbər verir ki, görüşdə müzakirə olunan məsələlərlə bağlı açıqlama verən Ukrayna heyəti bildirib ki, fundamental məsələlərlə bağlı irəliləyiş olmayıb: "Görüşdə çox ciddi nəticə olmadı. Ancaq humanitar dəhlizlərin davam etdirilməsinə razılıq verildi".
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, danışıqların üçüncü raundu başa çatıb: "Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var. Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib".
Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski isə deyib ki, bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı: "Təbii ki, bu sənədlər üzərində iş çox yaxın vaxtlarda davam etdiriləcək. Növbəti, dördüncü raund Belarus ərazisində keçiriləcək. Dəqiq tarix isə bilinmir. Danışıqlar ciddi şəkildə gedir və ən qısa müddətdə davam etdiriləcək".
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bildirib ki, müzakirələr siyasi və hərbi aspektlər üzrə davam edib: "Lakin müsbət nəsə haqqında danışmaq hələ tezdir. Biz böyük sənədlər toplusu ilə gəldik, konkret razılaşmalar, layihələr və təkliflər irəli sürdük. Ukrayna tərəfi bütün bu sənədləri öyrənmək üçün özü ilə aparıb. Ümid edirik, gələn görüşdə hansısa sənəd imzalana bilər".
Xatırladaq ki, bu gün Rusiya tərəfi atəşin dayandırlması üçünn görüşdən əvvəl öz şərtlərini açıqlayıb.
Mia.az xəbər verir ki, bu sözləri “Röyters” agentliyinə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi qəbul etməli, eyni zamanda, neytral dövlət statusuna keməlidir: "Bununla bəbabər, Kiyev rəmsi olaraq Donetsk və Luqanskın müstəqilliyini tanımalıdır. Bu halda, əməliyyat anındaca dayanacaq".
Ukrayna tərəfi isə israrla Rus ordusunun Krım daxil bütün bölgələrdən geri çəklməsini tələb edir.
***
Bu gün Belarusda Ukrayna ilə Rusiya nümayəndə heyətləri üçüncü dəfə görüşüblər.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 18.50-də başlayıb.
Məlumata görə, hazırda müzakirələr davam edir.
Onu da qeyd edək ki, bu gün Rusiya tərəfi başda Kiyev olmaqla bir çox şəhərlərdə əhalinin təxliyəsi üçün sükut elan edib. İndisə 3-cü görüşdə nələrin müzakirə olunacağı və ya razılaşdırılacağı böyük maraqla gözlənilir.
***
Rusiya və Ukrayna arasında üçünçü görüş yenə Belarusda keçiriləcək.
Mia.az TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinbin Ofisi xəbər verib.
Bildirilib ki, növbəti görüş martın 7-də baş tutacaq: "Heyət əvvəlki kimi olacaq, yəni dəyişməyəcək".
Xatırladaq ki, ikinci görüşdə müvəqqəti atəşkəs və mülki əhalinin atəş altındakı bölgələrdən çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq olsa da, Ukrayna tərəfi Mariupol şəhərində Rusiyanın bombardmanı səbəbindən bunun mümkün olmadığını bəyan edib.
Rusiya Xarici işlər naziri Sergey Lavrov isə jurnalistlərə deyib:"Rusiya hərbçiləri Ukraynada humanitar dəhlizlərin fəaliyyətini təmin etmək üçün əlindən gələni edir: Hərbçilərimiz bütün işləri görüb. İndi əsas məsələ insanlarin həmin humanitar dəhlizlər vasitəsilə çıxarılmasıdır. Hərbçilərimiz təhlükəsizliyi təmin edir. Biz əvvəldən humanitar dəhlizlərlə bağlı razılıq vermişdik”.
Bu arada Ukrayna lideri Zelenski az əvvəlki videomüraciətində NATO-nu Ukrayna hava məkanını rus qırıcılarına bağlamağa dəstək istəyib.
Mia.az
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan