LAÇINDA İKİ ƏSGƏRİMİZ İTKİN DÜŞÜB - MN açıqlama yaydı

img

05-03-2022 [16:53]


Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar: "Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA