Türkiyə XİN: “Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləyirik"

img

05-03-2022 [14:55]


“Azərbaycanın Ermənistana sülh təklifini dəstəkləyirik. Ümid edirik ki, Ermənistan da buna qarşılıq verəcək”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərdə də Azərbaycanla birgə hərəkət edir: "Əsas hədəfimiz Zəngəzur dəhlizi başda olmaqla digər məsələlərin həll olunmasıdır“.

Ceyhun Bayramov isə uzun illər ərzində Türkiyənin Ermənistanla sərhədlərini bağladığını və 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının bölgədə yeni reallıqlar yaratdfığını deyib.

Mia.az-ın məlumatına görə, o, Azərbaycanın dəfələrlə Ermənistana sülh müqaviləsi təklifi etdiyini xatırladıb: "Bütün çətinliklərə baxmayaraq hesab edirik ki, artıq normallaşma barədə düşünmək olar. Biz Azərbaycan və Türkiyə olaraq Ermənistana mesaj göndəririk ki, bölgədə normal qonşuluq prinsipi yaradılmalıdır. Biz bunu müsbət hesab edirik. Bizim mövqeyimiz hər zaman beynəlxalq hüquqa əsaslanıb. Azərbaycanla Türkiyə arasında tam koordinasiya mövcuddur”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA