"Rusiya ordusu 10 minə yaxın canlı qüvvə itirib, bu, dəhşətdir, əsgərlər..." - Zelenski yenə xalqa müraciət etdi

img

05-03-2022 [13:40]


Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski yenidən xalqa müraciət edib.

Mia.az xəbər verir ki, o, Ukrayna ərazisini işğal eədn Rusiya qüvvələrinə böyük zərbə vurduqlarını deyib. Əlavə edib ki, baş verən hücuma görə evlərindən didərgin düşən əhalinin geri qaydacağına əmindir:

“Əminəm ki, biz tezliklə vətəndaşlarımıza deyəcəyik: qayıdın, çünki sizi artıq heç bir təhlükə gözləmir. Polşadan, Rumıniyadan, Slovakiyadan və başqa ölkələrdən qayıdın. Artıq Ukraynanın bərpası üçün onlarla milyard dollar ayrılıb. Bu, ilk qərardır. Biz işğalçılara böyük zərbə vururuq. Rusiya ordusu 10 minə yaxın canlı qüvvə itirib. Bu, dəhşətdir, əsgərlər 18-20 yaşındadır. Onlar niyə dföyüşdüklərini belə izah edə bilmirlər. Rusiya onlara ölümdən başqa da nəsə verə bilərdi. Biz danışıqlar nəticəsində əldə olunmuş razılaşmanın üzərimizə düşən hissəsinə əməl edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA