Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb

img

05-03-2022 [00:21]


Ukraynanın paytaxt Kiyev yaxınlığında Rusiya qoşunlarının böyük karvanı dayanıb.

Bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometr məsafədə yerləşir.

Qeyd olunur ki, hazırda hərbi karvan Kiyevə doğru hərəkət etmir. Ukraynanın hücumları və körpülərdən birinin partladılması karvanın hərəkətini ləngidib/Report.

Həmçinin Rusiya qoşunları ölkənin şimalında - Çerniqov və Xarkov yaxınlığında yerləşir, lakin cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır, Odessaya gözlənilən hücum əlamətləri hələ müşahidə edilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA