Zelenski 7 ölkənin əhalisinə səsləndi, Ərdoğana təşəkkür etdi: "Susmayın, əminəm ki, Ukrayna qələbə qazanacaq"
04-03-2022 [23:59]
Ukrayna Prezidenti Volodimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.
O, bu barədə telekörpü və Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı bildirib.
Prezident Ofisinin canlı yayımı zamanı Zelenski qeyd edib ki, o, çıxışının ilk dəqiqəsini bütün həlak olan Ukrayna hərbçilərinin, xüsusi təyinatlılarının, polislərinin, kəşfiyyatçılarının, yanğınsöndürənlərinin – canını verənlərin xatirəsini əbədiləşdirməyə həsr edir: "Mən ikinci dəqiqə susmaq istəyirəm - mülki vətəndaşlarımızın: böyüklərin və uşaqların, canını verən, lakin bundan xəbəri olmayan onlarla, yüzlərlə insanın şərəfinə. Onlar canlarını verib, əbədi istirahət ediblər. Xahiş edirəm. onların xatirəsini sükutla yad edin”.
Prezident isə üçüncü dəqiqəni Avropa xalqlarına həsr edib: "Susmayın. Küçələrə çıxın. Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir. Susmayın, Ukraynaya dəstək olun. Əgər biz qalib gəlsək – mən xalqımıza arxayınam, sizə də arxayınam – bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq”, - Zelenski əlavə edib.
Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək mitinqlər keçirilib. Aksiyalarda ümumilikdə 200 minə yaxın insan iştirak edib.
***
“Ukrayna süqut etsə, Avropa süqut edəcək”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisi də daxil olmaqla Avropanın 7 şəhərinə müraciətində deyib.
Dövlət başçısının müraciəti Gürcüstan parlamentinin binası qarşısında quraşdırılmış monitorlarda telekörpü vasitəsilə yayımlanıb. Müraciəti qanunverici orqanın binası qarşısında keçirilən Ukraynaya kütləvi dəstək aksiyasının iştirakçıları alqışlarla qarşılayıblar.
V.Zelenski üç dəqiqəlik çıxışının ilk dəqiqəsini Ukraynanın müdafiəsi uğrunda həlak olanların, ikinci dəqiqəsini isə ölən mülki şəxslərin xatirəsinin sükutla yad edilməsinə həsr edib.
Prezident Avropanı səssiz qalmamağa, Ukraynaya dəstəyə çağırıb: “Gözlərinizi yummayın, gəlin və mübarizəmizə bacardığınız qədər dəstək olun. Əminəm ki, Ukrayna qələbə qazanacaq. Bu qələbə bütün demokratik dünyanın, bizim azadlığımızın, işığın zülmət üzərində zəfəri olacaq. Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Leon, Paris, bu gün siz hamınız ukraynalısınız!”.
Qeyd edək ki, telekörpünün Gürcüstandakı tərəfdaşı kimi müxalif “Formula” telekanalı çıxış edib/Report.
Bu arada Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Zelenski tviter hesabında bildirib.
Zelenski Türkiyənin ardıcıl dəstəyinə görə Ərdoğana təşəkkür edib: "Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq".
Mia.az
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib