Rusiya qoşunları Xarkov vilayət administrasiyasının binasını ələ keçirib - Şəhərdə şiddətli döyüş gedir

img

03-03-2022 [16:05]


Rusiya qoşunları Xarkov vilayət administrasiyasının binasına daxil olub.

Mia.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Qennadi Laquta “Facebook”da yazıb.

O, operativ qərargahın fəaliyyətini davam etdirdiyini əlavə edib.

Prezident Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç isə deyib ki, Rusiya Ordusu Xarkov istiqamətində şəxsi heyət və texnika baxımından dəhşətli itkilər verir: "Rusiya Xarkova hücum əməliyyatını davam etdirməyə, Lozovaya şəhərini ələ keçirərək Xarkovu qərbdən mühasirəyə aımağa çalışır. Amma şəxsi heyət və texnika baxımından dəhşətli itkilər verir. Hazırda bu hücumun tempi çox aşağı düşüb və tezliklə Xarkova hücum ifadəsini dırnaq arasına alacayıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA