9 minə yaxın əsgər, 217 tank, 900 Döyüş Maşını.... - Ukrayna Rusiyanın itkilərini açıqladı

img

03-03-2022 [12:03]


Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 3-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.

Mia.az Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 9 minə yaxın hərbçisi ölüb.

Məlumata görə, Rusiya ordusu 217 tank, 900 Piyadaların Döyüş Maşını, 90 artilleriya qurğusu, 42 reaktiv atəş sistemi, 30 hərbi təyyarə, 31 hərbi helikopter, 374 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 3 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA