Ukrayna Müdafiə Nazirliyi son vəziyyətlə bağlı məlumat yaydı
03-03-2022 [10:55]
“Bütün istiqamətlərdə uğursuzluğa düçar olan işğalçı qüvvələr gecə saatlarında iri şəhərlərin yaşayış məntəqələrini atəşə tutmaq taktikasına əl atıblar”.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri müəyyən sərhədləri əzmlə müdafiə edib və müxtəlif istiqamətlərdə işğalçı qüvvələrə qarşı əks-hücum etməyə, həmçinin işğalçı qüvvələrin əngəllənməsini davam etdirib:
"Volin istiqamətində dövlət sərhədi boyu düşmənin güc nümayişi davam edir. Polesye istiqamətində düşmən Kozaroviçi, Vışqorod, Fastiv, Obuxiv yaşayış məntəqələrinin ərazisində irəliləməyə cəhd göstərir. Borodyanka, Katyujanka və Qavronşina ərazilərində sahə logistika düşərgələrinin salınması qeydə alınıb.
Siver istiqamətində Rusiya işğalçıları Ukraynanın Çernigiv, Nijın, Sumı, Lebedin və Axtırka da Ukrayna Silahlı Qüvvələri ilə toqquşmadan çəkinərək Kiyevin şimal ətraflarına girməyə çalışırlar.
Düşmənin hərbi hissələri və tağımları Barışevka, Nova Basan və Lyubeç yaşayış məntəqləri istiqamətində cəmləşib. Faktiki olaraq döyüş qabiliyyətini itirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şimal Donanmasının 200-cü, Şimal Donanmasının 14-cü hərbi birləşmələrinin bir hissəsi yenidən qruplaşdırılaraq Brovarı və Kiyev istiqamətində hücuma keçməyə çalışır.
Slobozhansk istiqamətində düşmən Zoloçiv, Xarkov və Balakleya ərazilərinə hücum əməliyyatı keçirir, Lozova istiqamətində hücumu davam etdirməyə çalışır. İşğalçı qoşun itirilmiş texnika və şəxsi heyətinin yerinin doldurulmasına ciddi ehtiyac duyur.
Donetsk istiqamətində işğalçılar artilleriya qüvvələrinin dəstəyi ilə Novı Aydar, Volnovaxa və Mariupol yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirir. Düşmən Mariupolu ələ keçirmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədinə çatmaq kimi əsas məqsədinə nail ola bilməyib.
Tavriya istiqamətində düşmən hücum əməliyyatı keçirmək cəhdlərindən əl çəkmir. Ehtiyat-əməliyyat hissəsini yenidən qruplaşdırdıqdan sonra onlar əsas səyləri Nikolayev - Voznesensk istiqamətində cəmləşdirib.
Qara dəniz əməliyyat bölgəsində Qara Dəniz Donanmasının qrupları mülki gəmiləri atəşə tutmağa və ukraynalı dənizçiləri əsir götürməyə davam edir.
Rusiya hərbi cinayətkarları ilk dəfə olaraq öz əsgərlərinin kütləvi ölümlərini və yaralandığını etiraf edib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin axşam (martın 2-də) keçirdiyi növbəti brifinqə işğalçı qüvvələrinin Ukraynadakı itkilərini açıqlayıb: 498 ölü, 1597 yaralı.
Düşmən qüvvələrinin bir hissəsi Enerqodar, Vasilevka, Tokmak, Novopetrovka yaşayış məntəqələri ərazilərində fəaliyyətini davam etdirir. Rusiya Silahlı Qüvvələrinin 49-cu ümumiqoşunun birləşmələrinin 205-ci əlahiddə motoatıcı briqadasının əməliyyat ehtiyatlarının bir hissəsini yenidən qruplaşdıraraq Zaporojya və Mariupolun ətrafına girmək üçün hücumu davam etdirir.
Rusiya Silahlı Qüvvələrinin 10-cu xüsusi briqadasının taktiki hava desant qoşunlarının Balovnoye qəsəbəsi ərazisinə enməsini təmin etmək istəyən işğalçılarını kiçik desant dəstəsi məhv edilib.
Qara dəniz hövzəsində Odessa istiqamətində Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd böyük desant gəmisi raketli üç katerin müşayiəti ilə hərakat həyata keçirib”.
Türkyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Yevlaxda silahlı insident: sabiq icra başçısının oğlu adam güllələdi
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır