17-03-2014 [19:00]
Mərhum Hüseyn Dəryanın ölümü ilə bağlı bir çox ehtimallar irəli sürüldü. Hətta hadisəni intihar kimi dəyərləndirənlər də oldu. Sosial şəbəkələrdə də bir çoxları haqlı olaraq Habil Əliyevin o məşhur sözünü paylaşdılar.(Bu məmləkətdə kimsə öləndən sonra elə tərifləyirlər ki, adamın sağ ikən lap ölməyi gəlir) Bu fikirdə də həqiqət var. Nəinki biz, elə ümumiyyətlə bu insan adlı varlıq bir çox imkanlar, fürsətlər ancaq əlindən çıxandan sonra onun dəyərini anlayır. Ancaq növbəti Hüseynləri itirməmək üçün gəlin görək bu adam dəyərli idimi, onun vaxtsız ölümünə üzülməyə dəyərmi, ya bu elə də vacib məsələ deyil.
Mazoxizm və sadizm
Ümumiyyətlə, bir insanı hansısa mənəvi çöküşü zamanı üzləşdiyi travmalara görə sonradan qınamaq, ona növbəti zərbələr vurmaq olmaz. Bu, adi, bəsit bir insani məsələdir. Xüsusilə də o mənəvi çöküşdən sonra bütün yanlışlarını anlayıb doğru yola qayıdanları. Ancaq mərhum reperlə bağlı onun haqqında yayılan utancverici videonu hamımız xatırlayırıq. Mazaxizmdən, sadizmdən, başqasının əzabına baxıb sevinməkdən və ekstaza çatmaqdan məst olan xalqımızın bəzi nümayəndələri bu iyrənc əməli artıq etmişdilər. Ancaq o insan hər şeyə rəğmən, yenə də öz normal həyatına qayıtmış və itirdiyi nüfuzunu bərpa etmişdi. Kim bilir, sonralar hansısa bir mübahisə və düşmənçilik zəminində olan məsələlərdə nə qədər adam o videonu yenidən Hüseynə xatırladıb ona ölümə bərabər mənəvi zərbələr vurmuşdu. Bizim işimiz onun kimliyini araşdırmaq deyil. Ancaq bəzi mətləblərə aydınlıq gətirmək üçün reperin həyatındakı müəyyən məqamlara nəzər salaq.
Kərbəlayi -Hüseyn
O doğru-yanlış oxuduqları ilə sevilirdi və öz sahəsinin liderlərindən biri idi. Sadə, quruca səsiylə meydana girən bu adam böyük bir gənc nəsil kütləsini maraqlandıra bilmişdi. Demək ki, bu adamda türklər demiş, bir şeylər vardı. Bu xoşbəxtlik, insanların sevgisini qazanmaq hər adama nəsib olası şey də deyil. Demək ki, bütün neqativləri kənara atıb aydın gözlə baxsaq, o adamda da nəisə bir yaxşı şeylər tapmaq olardı. Bir şeyi qeyd edim ki, mən bəzi istisnaları çıxmaq şərti ilə rep musiqisi dinləmirəm. Ancaq peşəmin gərəyi olaraq cəmiyyətdə öz sahəsində məşhurluq qazanan dindarı da, cindarı da, repçini də, qaynaqçını da, başmaqçını da tanıyıram. Hüseynlə də bir neçə dəfə rastlaşmışdıq. Heç bir münasibətim filan yoxuydu. Sonuncu dəfə də aylar öncə bizim televiziyanın yeməkxanasında salamlaşmışdıq onunla. (Region tv-nin istehsalı olan "Şou məkan” adlı verilişə tez-tez dəvət edirdilər onu) Elə o zamanlarda eşitmişdim ki, dinə gəlib, normal namazlı-oruclu müsəlman olub və hətta Kərbəlaya, adını daşıdığı şəxsiyyətin, İmam Hüseynin də ziyarətinə gedib. Demək ki, bu insan da o qədər mənəvi travmalardan sonra yeganə çıxış yolunu mənəviyyat beşiyi olan dində tapmışdı. Hətta sən demə, son zamanlar onun repertuarı da dəyişibmiş.
"Olum, ya ölüm!”
Ölüm xəbəri yayılan gün internetdə onun adını axtarışa verdim və bəzi musiqiləri ilə tanış oldum. Aydın oldu ki, sən demə "Kef elə”, "Ceyranım” və digər bu tipli mahnılarla sənətə qədəm qoyan bu adam illər sonra tamam fərqli mövzulara müraciət edirmiş. Axtarış zamanı təsadüfən sözləri və musiqisi də Hüseynin özünə aid olan "Olum, ya ölüm!” adlı bir rep-ney sintezinə rast gəldim. (http://birlik.az/index.php?do=xeber&id=8354) Klip kimi primitiv olsa da, hazır kadrlardan istifadə edilsə də, mövzusu Əhli-Beytə (İslam dinindəki "Ev əhli” sayılan beş kimsə) aid, sözləri də kifayət qədər sanballı olan bir iş idi. Üstəgəl həmin klipdəki ney alətindən uğurlu istifadə. Görünür nəinki dinə gəlməklə qənaətlənmiş, hətta bəzi dini məlumatlarını da artırıbmış bir çoxlarımızın avara kimi tanıdığımız bu insan. Mənə maraqlı olan və ən əsas diqqət çəkmək istədiyim məsələ də məhz bundan sonra başlayır. Təsəvvür edin ki, yeri gəldi-gəlmədi bütün ictimai məsələlərdə mövqe sərgiləməyə çalışan, ancaq əslində, bu və ya digər məsələlərdə cəmiyyətə çıxışı maksimum məhdud olan dindar kəsimin nümayəndələrindən bir dənəsi indiyə qədər onunla maraqlanmayıb. (Əgər maraqlanıbsa, üzr istəyirəm) Mən demirəm ki, bütün mənəvi pozğunluğa düçar olmuş adamları dindar kəsimin adamları öhdəsinə götürüb müalicə etməlidirlər. Ancaq məsələyə bir az strateji yanaşsaq, görərik ki, məhz bu adam üçün onu etməyə dəyərdi. Çünki bu insan sözün yaxşı mənasında birbaşa mənəvi təbliğat vasitəsi ola bilərdi. Baxın, sözünü və musiqisini özü yazıb hansısa məhdud texniki imkanlarla "Olum, ya ölüm!” kimi bir işi (buna bənzər başqa işləri də varmış) ortaya qoyan adamın demək ki, içində hansısa bir hisslər, mənəvi təlatümlər var idi. Bu təlatümləri davamlı olaraq doğru bir məcraya yönləndirmək olardı. Ancaq heç kim (dindarlar, söz sahibi olan mənəviyyat adamları) bu strateji və ağıllı variantı yoxlamağa çalışmadı. Mənəviyyatın, həmçinin birbaşa dini dəyərlərin aşındığı, təhrif olunduğu bir dövrdə arxasınca böyük bir kütləni aparmaq qabiliyyətinə malik olan belə bir adamın imkanlarından istifadə olunmadı. Əslində isə bu ən asan, ən sadə bir yol idi. Buna da ən çox, bəzi normal ədəb-ərkan, etika gözləyən, musiqi və səhnədən, publikadan xəbəri olanları çıxmaq şərtiylə, bir neçə primitiv ruhiyyəli, zövqsüz dini musiqi ifaçılarının (məddahların) əlində əsir-yesir olan dindarların ehtiyacı var idi. Dost-tanışlarım arasında dindarlar da olduğuna görə deyə bilərəm ki, umumiyyətlə, bu dindarların bəlaları yaman çoxdur. Hətta iraq-iraq, bəzi yazarlar kimi, qonorar alıb söyənlərdən və sonra da "məni Azərbaycanda incidirlər” deyib ölkədən "qaçan”lardan olsaydım, mən də ən çox bu dindar kəsimə mız qoyardım. Çünki onların arasında kifayət qədər qabardıla biləcək mövzular var. Bu evi tikilmişlərin normal səsli oxuyanı da hərdən elə şeylər edir ki, qalırsan mat-məəttəl. Bu günlərdə mətbuatda qabardılan tortlu məclis söhbəti də buna bariz sübutdur. Hətta iş o yerə qaldı ki, dini liderlərdən biri də bu cür işlərin yanlış olduğunu və əslində, İslam dəyərləri ilə bir araya sığmadığını deməli oldu. (Hadisənin detallarına varmaq istəmirəm, məsələ tam olaraq bu deyil)
Nurçular, vəhhabilər
Təsəvvür edin ki, cəmiyyətə çıxışları son dərəcə məhdud olan, ancaq öz aləmlərində, öz mühitlərində əjdaha olan dindarların başbilənləri və yaxud pullu ictimaiyyətçiləri Hüseyn Dərya kimi müasir cəmiyyətin müəyyən əhəmiyyətli faizinin qəbul etdiyi bir adamdan sözün yaxşı mənasında yararlana bilmədilər. Sonra da ənənəvi dinin basqıya məruz qaldığından və qeyri-ənənəvi təriqətlərin bütün imkanlardan maksimum yararlanmasından və cəmiyyətə nüfuz etməsindən gileylənirlər. Qısası, dünya təcrübəsində film qəhrəmanları və müğənnilər vasitəsilə hansı ideyaların cəmiyyətdə, xüsusilə gənclər arasında yayımlandığı, aşılandığı hər kəsə məlumdur. Çünki insanlar bəzən bir sözlə belə həyatlarını dəyişə bilirlər. Bəli, cəmi bircə sözlə. Ancaq dünya təcrübəsində bu da var ki, imkan və fürsətlərdən yararlanmaq ağıllı və həssas adamların işidir, ətalət burulğanında qaynaşanların yox…
Haşiyə
Mövzu ilə bağlı bir haşiyə. Bu yaxınlarda bir rejissorla müsahibə hazırlamışdım. Cəmiyyətin də, mədəni mühitin də tanıdığı bu adam inanclı insandır. Müsahibə zamanı televerilişlərdəki bayağı verilişlərdən, filandan da söhbət açmışdıq. Müsahibə sonrası sual verdim ki, "bəs bu qədər ki, bayağılığı, zövqsüzlüyü, mənəviyyatsızlığı qınayırsınız, nə əcəb siz belə mövzularda müsbət etalon olan bir iş ortaya qoymursunuz. Nəzərə alsaq ki, siz eyni zamanda dindarsınız, dini ədəbiyyatdan az-çox məlumatlısınız, o zaman sizin üçün kifayət qədər material ola biləcək mövzular var. Axı ən yaxşı nümunələri elə məhz dində, onun prinsiplərində, müqəddəslərin həyatında və yaşamında tapmaq mümkündür.” Cavab verdi ki, "əslində, belə bir iş haqqında düşünmüşdüm. Dindar dostlardan da bəzi imkanlılar dedilər ki, bəs hesabla, gör nə qədər vəsait lazımdır, biz toplayaq, sən də çək. Yekun qərara görə bizə bu işi ərsəyə gətirmək üçün 35. 000 azn lazım idi. Bir məclis quruldu və qərara alındı ki, qısa zaman ərzində pullar toplansın, mən də işə başlayım. Ancaq o təklif edənlərin çoxu heç özləri pul vermədi. Müəyyən vaxt keçəndən sonra, təxminən, 6.000 azn toplanmışdı. Beləcə, düz bir il keçsə də, o vəsait toplanmadı. Sonra da o toplanan xırda hissədə payı olanlar hər həftə zəng vurub soruşurdular ki, ay qardaş bəs niyə çəkmirsən, harda qaldı sənin filmin. Mən də heç cürə başa sala bilmirdim ki, vəsait tam toplanmamış bu işə başlaya bilmərəm. Elə qorxduğum da başıma gəldi. Pul toplanmadı. Sonra bu pulu verənlərdən də bəziləri adıma söz çıxartdılar ki, guya filmə pul yığılıb, ancaq mən çəkmirəm və pulu da özümə xərcləyirəm. Mən də bir məclis qurub hamısını çağırdım və kim nə pul vermişdisə, qəpiyinə qədər özlərinə qaytardım.”
Hüseynin ölümündən bir müddət əvvəl qonaq olduğu verilişdə dediyi belə bir söz var."Mənim yaşadığım hər bir gün Cəhənnəmə gedəcəyim bir addımdır. Hər günüm Cəhənnəmə bir odun artırır. Ona görə də ölüm mənim üçün mükafat olardı".Kim bilir cəmiyyətin, cəmiyyət insanının, onun baxışlarının, yanaşmasının öldürəcəyi nə qədər Hüseynlər var. Və bir də onu xilas edə biləcəkləri halda, qıraqda dayanıb tamaşa edənlər.
Kamal Yaşar (birlik.az saytının köşə yazarı)
"Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın olub - VİDEOLAR
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
Təhsildə sertifikasiya fırıldağı: elə bir sistem qurublar ki... - Kamran Əsədov yazır
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: "Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar"
DİREKTOR VƏ MÜAVİNİ MAŞINLARINI KİMƏ YUDURDUR? - Bakı məktəbində rüsvayçılıq + RƏSMİ REAKSİYA
Narkotik maddələr satan ata və oğlu tutulub
Kəlbəcərdə yük maşını çaya aşıb - Sürücü ölüb
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
Bakıda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevdən Ordu Günü ilə bağlı paylaşım - FOTO
Məhərrəm ayı başlayıb
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Muxtar Babayevin statusu müəyyənləşdi
Bakıda kassadan 34 600 manat pul oğurlayan şəxs saxlanılıb
BU RAYONLARA PROKUROR TƏYİNATI OLDU - Siyahı (YENİLƏNİB)
İran MAQATE ilə vidalaşır - Parlament qanun layihəsini qəbul etdi
Qəzzada 32 fələstinli həlak olub
Rövşən Nəcəf AFFA rəhbərliyini SOCAR-a toplayıb
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
NATO liderləri Haaqada qapalı müzakirə aparırlar
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib - Prezidentdən daha bir dəyişiklik
HƏRBÇİLƏRİN CİNAYƏTLƏRİ... - Prezident dəyişikliyi təsdiqlədi
"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir
7 İsrail hərbçisi öldürülüb - 2 yaralı var
Əsəd Əsədzadə saxlanılıb