Ukraynada “Bayraktar”lar 21 rus texnikasını məhv edib

img

28-02-2022 [15:07]


“Əldəki görüntülü dəlillər münaqişə bölgəsində Ukraynanın “Bayraktar” TB-2 PUA-sının vasitəsilə Rusiya ordusuna aid azı 21 texnika və təchizatını zərərsizləşdirdiyini göstərir”.

Bu barədə “Clash Report” resursu məlumat yayıb.

Məlumata görə, indiyədək azı 2 ədəd “Buk-M1-2” raket sistemi, 1 ədəd “Tor-M2” hava hücumundan müdafiə sistemi, 4 ədəd 152mm-lik “Msta-B” haubitsası, 14 yük avtomobili “Bayraktar” tərəfindən məhv edilib/Report.

Qeyd edək ki, “Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya və Liviya ərazisində “Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv kadrlarını yaymaqla məşhurlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA