Rusiya və Ukrayna üz-üzə: iki tərəf də itkiləri açıqladı
26-02-2022 [10:16]
Ukrayna müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərini açıqlayıb.
Bbu barədə Anna Malyar feysbukda yazıb.
O bildirib ki, fevralın 26-sı yerli vaxtla saat 06:00-a olan vəziyyətə görə, Rusiyanın 14 təyyarəsi, 8 helikopteri, 102 tankı, 536 zirehli döyüş transportyoru, 15 top, “Buk” ZRK, 17 avtomobil texnikası məhv edilib.
***
Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektinə zərbələr endirib.
Mia.az xəbər verir ki, bu barədə şənbə günü keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General deyib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən ümumilikdə Ukraynanın hərbi infrastrukturunun 821 obyekti zərər çəkib. Onların arasında 14 hərbi aerodrom, 19 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 24 “S-300” və “Osa” zenit-raket kompleksləri, 48 radar stansiyası olub.
O, qeyd edib ki, hərbçilər Ukraynadakı hərbi infrastruktura hava və dəniz bazalı qanadlı raketlərdən istifadə edərək yüksək dəqiqlikli silahlarla zərbələr endiriblər: “Gecə saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə yüksək dəqiqlikli uzaqmənzilli silahlardan zərbələr endirib”.
Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə Luqanksi və Donetski separatçılarının hərbi qüvvələri və qrupları hücumu inkişaf etdirməyə davam edir: “Xüsusi hərbi əməliyyat davam edir. DNR və LNR qoşunlarının qrupları Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə düşmənin müdafiəsində sıçrayış sahələrini genişləndirib və hücumun uğurunu inkişaf etdirməyə davam edir”.
Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Rusiya hərbçiləri Ukraynaya məxsus 7 qırıcı, 7 helikopter və 9 PUA-nı vurub: “Yeddi döyüş təyyarəsi, yeddi helikopter, doqquz pilotsuz uçuş aparatı vurulub. 87 tank və digər zirehli döyüş maşını, 28 reaktiv yaylım atəşi sistemi, 118 ədəd xüsusi təyinatlı hərbi texnika sıradan çıxarılıb. Ukraynaya məxsus 8 hərbi gəmi Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən məhv edilib”.
Konaşenkov bildirib ki, fevralın 24-də başlayan xüsusi əməliyyat zamanı Luqansk qoşunlarının bir qrupu 30 kilometr dərinliyə qədər irəliləyərək Baxmutovka və Qreçişkino yaşayış məntəqələrini ələ keçirib.
TASS agentliyi generala istinadla xəbər verir ki, Ukrayna batalyonları geri çəkilir, elektrik yarımstansiyalarını və çaylar üzərindəki körpüləri partladır.
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib