5 nəfərin zorladığı qız özünü yandırdı

img

15-03-2014 [13:33]


Pakistanda 17 yaşlı qıza kütləvi təcavüz edilib. Əminə Bibi adlı qız Pəncab vilayətinin Muzaffergarh şəhərində yaşayıb. Qız yanvar ayında məktəbdən evə gedərkən 5 nəfər tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb. Hadisə zamanı qızın yanında qardaşı da olub. Hecum edənlərin əllərində silah olduğu üçün o heç bir müdaxilə edə bilməyib.

Travmadan çıxa bilməyən qıza daha bir zərbə polisdən gəlib. Belə ki, qızı zorlayan şəxslər saxlanılsalar da, sonradan azad ediliblər. Buna etiraz əlaməti olaraq isə gənc qız özünə od vurub. Polis idarəsinin qarşısında özünü yandıran qızın həyatını xilas etmək mümkün olmayıb.

Qızın ölümü zorlama hadisəsini yenidən gündəmə gətirib. Zərəçəkənin sərt addımından sonra iş yenidən araşdırılmağa başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA