Mədət Quliyev Gülər Əhmədovanın həyatına olan təhlükədən danışdı

img

25-02-2014 [11:51]


"Gülər Əhmədovanın həyatına heç bir təhlükə yoxdur”. APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib: "Bazar günü Gülər Əhmədovanın vəkili belə bir açıqlama ilə çıxış edib ki, guya qadın koloniyasına köçürülsə, onu təhlükə gözləyir. Bu məlumat yayılan kimi dərhal tapşırıq verdim və o məsələni araşdırdılar. Nəticədə məlum oldu ki, bu, həqiqətə uyğun məlumat deyil. Gülər Əhmədovanın həyatına hər hansı təhlükə yoxdur”.

M. Quliyev deyib ki, Penitensiar Xidmət hər bir məhkumun həyatına zəmanət verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA